Tibbi göstərişlərinizə uyğun ən yaxşı sanatoriyaların seçilməsi
Sanatoriyalarda müalicə profilləri və imkanlar
Sağlamlığınızın qayğısına bizimlə qalın!
"ABŞERON" MƏDƏ-BAĞIRSAQ SANATORİYASI
“Abşeron” mədə-bağırsaq sanatoriyası ölkə paytaxtı vəzifəsini yerinə yetirən Bakı şəhərindən cəmi 35 km aralıqda, Abşeron yarımadasının sahilində, Mərdəkan qəsəbəsində yerləşir
Davamı...
“BİLGƏH” KARDİOLOJİ SANATORİYASI
“Bilgəh” kardioloji sanatoriyası Sizə Azərbaycanın paytaxtı Bakı şəhərinin cəmi 40 km aralıda yerləşən Abşeron yarımadasının ən mənzərəli yerlərindən biri olan Bilgəh qəsəbəsində istirahətdən həzz almaq və ürək-damar sistemi xəstəliklərinin müalicəsinin aparılmasına müsbət təsir göstərəcək.
"GÜNƏŞLİ" NEVROLOJİ SANATORİYASI
“Günəşli” nevroloji sanatoriyası Sizə Azərbaycanın paytaxtı Bakı şəhərinin cəmi 35 km-də yerləşən Abşeron yarımadasının ən mənzərəli yerlərindən biri olan Mərdəkan qəsəbəsində istirahətdən zövq almaq və əsəb sisteminizi sakitləşdirmək imkanı təqdim edir.
"MİRAS" İSTİRAHƏT MƏRKƏZİ
Mərkəz qonaqlara sağlamlıq və istirahət üçün geniş imkanlar təqdim edir. Burada bədənin və ruhun bərpasına kömək edən yod-bromlu mineral vannalar, parafinoterapiya və təbii palçıq müalicəsi tətbiq olunur. Əlavə rahatlıq üçün ayaq vannaları, sualtı masaj duşları və müasir osmos üsulu ilə su təmizləmə sistemi mövcuddur. Geniş yaşıl ərazi və dəniz mənzərəsi qan dövranını yaxşılaşdırır, stressi azaldır, oynaq və əzələ sağlamlığını dəstəkləyir.
"ŞIX" OYNAQ-SÜMÜK XƏSTƏLİKLƏRİ
Azərbaycanda kurort mövsümü il boyu davam edir. Respublika zəngin və bəzi münasibətlərdə nadir rekreasiya və kurort resurslarına malikdir. Dağlıq və dağətəyi rayonların gözəl təbiəti, şəfaverici balneoloji mənbələri və müalicəvi palçıqları, gözoxşayan dağ gölləri və şəlalələri, Xəzərin qumlu çimərlikləri, Abşeronun üzümlük və əncirlikləri və eləcə də günəş işığının bolluğu il boyunca dolğun istirahət və sanatoriya və kurort müalicəsi üçün hər bir şərait yaradır.
“BUZOVNA” FİZİOTERAPİYA MƏRKƏZİ
Sağlamlığı bərpa etmək və həyat keyfiyyətini yüksəltmək üçün burada hər cür şərait yaradılıb. Mərkəzdə 90 nəfərlik iki dördmərtəbəli yataq korpusu var. Müalicə korpusunun birinci mərtəbəsində yeməkxana zalı, ikinci mərtəbəsində müalicə və müayinə kabinetləri, masaj otaqları yerləşir. Qapalı hovuz da müalicə olunanların istifadəsindədir.
SANATORİYALARIN QİYMƏTLƏRİ ÜÇÜN KEÇİD