Azərbaycanın ən yaxşı kurortları sanatoriya qiymətinə
Sanatoriyalarda müalicə profilləri və imkanlar
Diqqət: Ödəniş giriş zamanı manatla sanatoriyada ödənilir
Tibbi göstərişlərinizə uyğun ən yaxşı sanatoriyaların seçilməsi
Azərbaycanın ən yaxşı kurortları sanatoriya qiymətinə
Sanatoriyalarda müalicə profilləri və imkanlar
Diqqət: Ödəniş giriş zamanı manatla sanatoriyada ödənilir
“Abşeron” mədə-bağırsaq sanatoriyası ölkə paytaxtı vəzifəsini yerinə yetirən Bakı şəhərindən cəmi 35 km aralıqda, Abşeron yarımadasının sahilində, Mərdəkan qəsəbəsində yerləşir
“Abşeron”-u seçmiş pasiyentlər təcrübəli həkimlər tərəfindən qarşılanıb müayinə olunur və növbəti 18 gün ərzində daimi tibbi nəzarət altında olurlar. Bundan əlavə, özündə arxitektur cəhətdən milli memarlıq ənənələrinin və müasir üslubun ahəngini təcəssüm etdirən tam komfortlu yaşayış korpusları, tennis meydançası və geniş park hər zaman ziyarətçilərin xidmətindəndir.
Sanatoriyada hökm sürən abu-hava o dərəcədə ailəvi və xoşagələndir ki, ziyarətçilərə müsbət təsirini anında ötürür. Burada hər bir şey tək məqsədə tabedir; bu məram – insanları xoşagəlməz və qıcıqlayıcı amillərdən mümkün qədər uzaqlaşdırmaq və müalicənin səmərəliyini təmin etməkdir.
Həkimlərin fikrincə, rahat mebel, əlvan xalçalar, geniş salon və koridorlar, bir sözlə, estetika və harmoniya insan səhhətinə müalicəvi təsir göstərən faktorlara aiddir.
Sanatoriyanın xidmətlərinə yod-brom vannaları, naftalan terapiyası, parafin terapiyası və təbii palçıq vasitəsilə müalicə ala daxildir. Buranın müalicə bazası kliniki-diaqnostik laboratoriya, funksional diaqnostika, müalicəvi bədən tərbiyəsi, masaj və müxtəlif profilli tibbi kabinetlərdən ibarətdir.
Müalicə:
Sanatoriyanı tərk edərkən, ziyarətçilər adətən növbəti kəlmələri söyləyərlər: “Düzünü desəm, heç bilmirəm sağalmağıma ən çox təsir edən nə oldu: müalicə, dəniz, günəş, yaxud addımbaşı rastlaşdığım mehribanlıq və səmimilik. Buranı çox gözəl ovqatda tərk edirəm”.
Həqiqətən, nəyin daha çox təsir etdiyini müəyyən etmək namümkündür: güman ki, bu, bir tək Abşeron yarımadasının günəşli sahilində tapılan müalicəvi amillərin toplusudur.
Tibbi göstərişlər
- Mədə və 12 barmaq bağırsağın xorası
- Xroniki qastritlər
- Xroniki kolit və enterekolit
- Xroniki xolesistit
- Xroniki hepatit
- Mədə və öd kisəsinin əməliyyatdan sonrakı vəziyyəti
- Xroniki pankreatit
- Şəkərli diabet
Tibbi əks-göstərişlər
- Kəskin fazada olan bütün xəstəliklər
- Epilepsiya
- Psixiki pozuntular
- Onkoloji xəstəliklər
- Hipertoniya xəstəliyi, III dərəcə
- Çanaq boşluğu orqanlarının zədələnməsindən sonra əmələ gələn funksional pozuntular (sidik və nəcisin saxlanılmaması)
Sanatoriya növbəti imkanlara malikdir:
- Müalicə-diaqnostik kabinetlər və laboratoriyalar
- Təbii yod-brom vannaları daxil olmaqla, balneoloji müalicəxana
- Elektroişıq müalicəsi
- Mastika yaxmaları
- Naftalan terapiyası
- Palçıqla müalicə
- Masaj
- Müalicəvi bədən tərbiyəsi
- İqlim terapiyası
Müalicə nəticələri təcrübəli mütəxəssislər tərəfindən müşahidə olunur.
Zərurət yarandıqda, siz növbəti mütəxəssislərin xidmətlərindən yararlana bilərsiniz:
- Uroloq
- Ginekoloq
- Nevropatoloq
“Bilgəh” kardioloji sanatoriyası Sizə Azərbaycanın paytaxtı Bakı şəhərinin cəmi 40 km aralıda yerləşən Abşeron yarımadasının ən mənzərəli yerlərindən biri olan Bilgəh qəsəbəsində istirahətdən həzz almaq və ürək-damar sistemi xəstəliklərinin müalicəsinin aparılmasına müsbət təsir göstərəcək.
Sanatoriyanın yerləşdiyi təbii amilləri, dəniz, quru və mülayim iqlim ürək-damar xəstəliklərinin müalicəsi üçün çox əlverişlidir. “Bilgəh” sanatoriyasının müalicəxanasında xəstələr təbii müalicəvi mineral yod-bromlu su ilə müalicə olunur.
Müalicə:
Tibbi göstərişlər
- Kordial tip üzrə neyrosirkulyator distoniya
- Ürəyin revmatik xəstəlikləri (qeyri-kəskin dövrdə)
- Hipertoniya xəstəliyi, I-II mərhələlər
- Ürəyin işemik xəstəliyi – stenokardiya, I-II fazalar
- Ürəyin işemik xəstəliyi – infarktdan sonrakı kardioskleroz (6 aydan sonra)
- Xroniki ürək çatışmazlığı, I-II mərhələlər
- Aorta-koronar şuntlamadan sonrakı vəziyyət (6 aydan sonra)
- Stentləmə cərrahiyyəsindən sonrakı vəziyyət (4 aydan sonra)
Tibbi əks-göstərişlər
- Kəskin formada olan bütün xəstəliklər
- Onkoloji xəstəliklər
- İnfeksion xəstəliklər
- Vərəm və astmoid bronxitlər
- Miokardın kəskin infarktı
- Gərginlik stenokardiyası, III-IV fazalar
- Qeyri-stabil gedişli stenokardiya
- Ürək çatışmazlığı, II-III mərhələlər
- Ürək astması ilə müşahidə olunan kardiopatiya
- Hipertoniya xəstəliyi, III mərhələ
- Hipertonik kriz və beyin insultu
- Hamiləlik, bütün dövrlərdəTam şəraitli müalicə şöbəsi və yüksək ixtisaslı mütəxəssis kurortoloqlar sizin uğurla müalicə olunmağınızı təmin edir. Pasiyentlər reabilitasiya proqramlarında nəzərdə tutulmuş fiziki yükləmələrdən geniş şəkildə istifadə edirlər (trenajorlar, yerimə, idman oyunları, dəniz vannaları və d.).
Sanatoriya növbəti imkanlara malikdir:
- Müalicə-diaqnostik kabinetlər və laboratoriyalar
- Müalicəvi yod-brom vannaları
- Masaj
- Müalicəvi bədən tərbiyəsi
- Psixoterapiya
- Fizioterapiya
- Naftalan və parafinlə müalicə
- Günəş və hava vannaları
- Müalicəvi dəniz vannaları
- Müalicəvi gimnastika
- Sualtı duş-masaj
Müalicə nəticələri növbəti diaqnostik aparaturadan istifadə edən təcrübəli mütəxəssislər tərəfindən müşahidə olunur:
- Elektrokardioqrafiya
- USM
- Kliniki və biokimya laboratoriyaları
Zərurət yarandıqda, siz növbəti mütəxəssislərin xidmətlərindən yararlana bilərsiniz:
- Stomatoloq
- Ginekoloq
- Nevropatoloq
- Psixoterapevt
- Uroloq
“Günəşli” nevroloji sanatoriyası Sizə Azərbaycanın paytaxtı Bakı şəhərinin cəmi 35 km-də yerləşən Abşeron yarımadasının ən mənzərəli yerlərindən biri olan Mərdəkan qəsəbəsində istirahətdən zövq almaq və əsəb sisteminizi sakitləşdirmək imkanı təqdim edir.
İqlimi mülayim qurudur, yayda havası isti-quru, qışda mülayim olur, bu da sinir sistemi xəstəliklərinin müalicəsində mühüm əhəmiyyət kəsb edir. İstirahətçilərin ilin 5-6 ayı ərzində Xəzər dənizində çimmək imkanı olur. “Günəşli” sanatoriyasının müalicəxanasında xəstələr təbii müalicəvi palçıq və müalicəvi mineral yod-bromlu su ilə müalicə olunur.
Müalicə
Sanatoriyanı tərk edərkən, ziyarətçilər adətən növbəti kəlmələri söyləyərlər: “Düzünü desəm, heç bilmirəm sağalmağıma ən çox təsir edən nə oldu: müalicə, dəniz, günəş, yaxud addımbaşı rastlaşdığım mehribanlıq və səmimilik. Buranı çox gözəl ovqatda tərk edirəm”.
Həqiqətən, nəyin daha çox təsir etdiyini müəyyən etmək namümkündür: güman ki, bu, bir tək Abşeron yarımadasının günəşli sahilində tapılan müalicəvi amillərin toplusudur.
Tibbi göstərişlər
- Mərkəzi sinir sistemində iltihabi proseslərdən sonra əmələ gələn qalıq əlamətlər (meningit, serebral araxnoidit, ensefalit, mielit, ensefalomielit)
- Mərkəzi sinir sisteminin damar xəstəliklərinin qalıq əlamətləri (insult, serebral arteroskleroz, hipertenziv ensefalopatiya)
- Baş beyin və onurğa beyin zədələrindən sonra əmələ gələn qalıq əlamətlər
- Periferik sinir sisteminin xəstəlikləri (nevrit, polinevrit və nevropatiyalar)
- Sinir sisteminin funksional xəstəlikləri
- Vegetativ sinir sisteminin xəstəlikləri
Tibbi əks-göstərişlər
- Kəskin formada olan bütün xəstəliklər
- Epilepsiya
- Psixiki pozuntular
- Onkoloji xəstəliklər
- Hipertoniya xəstəliyi, III mərhələ
- Çanaq boşluğu orqanlarının zədələnməsindən sonra əmələ gələn funksional pozuntular (sidik və nəcisin saxlanılmaması)
Sanatoriya növbəti imkanlara malikdir:
- Müalicə-diaqnostik kabinetlər və laboratoriyalar
- Təbii yod-brom vannaları daxil olmaqla, balneoloji müalicəxana
- Elektroişıq müalicəsi
- Mastika yaxmaları
- Palçıqla müalicə
- Masaj
- Müalicəvi bədən tərbiyəsi
- Psixoterapiya
- Aromaterapiya
- Sualtı duş-masaj
- Sualtı dartılma (hidrotraksiya) üçün müalicəvi hovuz
- İqlim terapiyası
Müalicə nəticələri növbəti diaqnostik aparaturadan istifadə edən təcrübəli mütəxəssislər tərəfindən müşahidə olunur:
- Elektrokardioqrafiya
- USM
- Mioqrafiya
- Ensefaloqrafiya
- Kliniki və biokimya laboratoriyaları
Zərurət yarandıqda, siz növbəti mütəxəssislərin xidmətlərindən yararlana bilərsiniz:
- Qastroenteroloq
- Uroloq
- Ginekoloq
Mərkəz qonaqlara sağlamlıq və istirahət üçün geniş imkanlar təqdim edir. Burada bədənin və ruhun bərpasına kömək edən yod-bromlu mineral vannalar, parafinoterapiya və təbii palçıq müalicəsi tətbiq olunur. Əlavə rahatlıq üçün ayaq vannaları, sualtı masaj duşları və müasir osmos üsulu ilə su təmizləmə sistemi mövcuddur. Geniş yaşıl ərazi və dəniz mənzərəsi qan dövranını yaxşılaşdırır, stressi azaldır, oynaq və əzələ sağlamlığını dəstəkləyir. Qonaqlar uzunluğu 18 m, eni 6 m və dərinliyi 1,7 m olan hovuzda üzə və istirahət edə bilərlər. Sizin rahatlığınız üçün türk hamamı, həmçinin quru və buxar saunaları fəaliyyət göstərir. İdman həvəskarları üçün tam təchiz olunmuş idman zalı mövcuddur: qaçış yolu, velotrek, pilates pilləkəni, tennis masası və açıq havada 6 müxtəlif trenajor. Qonaqların konaklaması üçün 24 müasir otaq ayrılıb: 12 tək nəfərlik və 12 iki nəfərlik. Hər otaqda kondisioner, hipoallergen şərait, mini-bar, Wi-Fi, fen, şampun, duş geli və digər zəruri ləvazimatlar var.
Müalicə:
Sanatoriyada müasir diaqnostik və müalicəvi avadanlıqlarla təchiz olunmuş komfortlu müalicə şöbəsi fəaliyyət göstərir. Burada çalışan yüksək ixtisaslı mütəxəssislər — spa-terapevtlər sizin uğurlu müalicənizi təmin edəcəklər.
Sanatoriyada mövcuddur:
- Təbii yod-brom vannaları - Palçıq müalicəsi - Naftalan-parafin müalicəsi - Elektriki-işıq müalicəsi - Masaj - Mədə-bağırsaq yuyulması - Sauna
Müalicənin nəticələri təcrübəli diaqnost həkimlər tərəfindən aşağıdakı diaqnostik avadanlıqların köməyi ilə idarə olunur: - Klinik və biokimyəvi laboratoriyalar - Ultrasəs müayinəsi (USM) - Elektrokardioqrafiya
Zərurət yarandıqda aşağıdakı mütəxəssislərin xidmətlərindən yararlanmaq olar: - Qastroenteroloq - Nevropatoloq - Ginekoloq - Stomatoloq
Tibbi göstərişlər:
“Miras” Sağlamlıq Mərkəzi pasiyentlərin sağlamlığının bərpası üçün yod-bromlu mineral vannalar, parafinoterapiya və müalicəvi palçıqdan istifadə edir. Qonaqlar üçün ayaq vannaları, sualtı duş-masaj və müasir əks-osmos su təmizləmə sistemi əlçatandır. Sanatoriya geniş yaşıl ərazidə, dəniz mənzərəli məkanda yerləşir ki, bu da qan dövranının yaxşılaşmasına, stressin azalmasına, oynaq və əzələ sağlamlığının qorunmasına kömək edir.
Sanatoriya ərazisində qonaqlara geniş və müasir SPA və idman imkanları təklif olunur. Siz uzunluğu 18 m, eni 6 m və dərinliyi 1,7 m olan hovuzda üzə və istirahət edə bilərsiniz. Rahatlığınız üçün bədən və ruhun yenilənməsi üçün ideal mühit olan türk hamamı, quru və nəm (buxar) saunaları fəaliyyət göstərir. Suyun təmizlənməsi üçün gündəlik gücü 72 m³ olan əks-osmos sistemi quraşdırılıb. Həmçinin aşağı ətraflar üçün xüsusi vannalar və sualtı duşlu masaj vannası mövcuddur.
Azərbaycanda kurort mövsümü il boyu davam edir. Respublika zəngin və bəzi münasibətlərdə nadir rekreasiya və kurort resurslarına malikdir. Dağlıq və dağətəyi rayonların gözəl təbiəti, şəfaverici balneoloji mənbələri və müalicəvi palçıqları, gözoxşayan dağ gölləri və şəlalələri, Xəzərin qumlu çimərlikləri, Abşeronun üzümlük və əncirlikləri və eləcə də günəş işığının bolluğu il boyunca dolğun istirahət və sanatoriya və kurort müalicəsi üçün hər bir şərait yaradır.
Dayaq-hərəkət aparatının xəstəliklərinin müalicəsinə müsbət təsir göstərən “Şıx” dənizkənarı balneoloji kurortu ölkə paytaxtı vəzifəsini yerinə yetirən Bakı şəhərindən cəmi 10 km aralıqda, Bibi-Heybət qəsəbəsində yerləşir.
sanatoriya daxilində müalicə qeyri-monoton şəkildə həyata keçirilir. Prosedurlar müxtəlif ekskursiyalar, istirahət, musiqi dərsləri və əyləncəli oyunlar ilə növbələşir. Burada keçirəcəyiniz 18 gündən hər biri olduqca maraqlı tədbirlər ilə yaddaşınızda qalacaq: uşaq ikən xəyallarımızda qurduğumuz və rəvayətlərdə eşitdiklərimiz qədim qala divarları, qızğın döyüşlərə şahidlik etmiş əzəmətli qəsrlər, göylərə ucalmış minarələr, əfsanəvi Qız qalası, dünyanın ən gözəl dənizkənarı bulvarlarından biri sayılan Bakı bulvarı və neçə-neçə tarixi memarlıq abidəsi yolunuzu gözləyir.
Sanatoriyanı tərk edərkən, ziyarətçilər adətən növbəti kəlmələri söyləyərlər: “Düzünü desəm, heç bilmirəm sağalmağıma ən çox təsir edən nə oldu: müalicə, dəniz, günəş, yaxud addımbaşı rastlaşdığım mehribanlıq və səmimilik. Buranı çox gözəl ovqatda tərk edirəm”.
Həqiqətən, nəyin daha çox təsir etdiyini müəyyən etmək namümkündür: güman ki, bu, bir tək Abşeron yarımadasının günəşli sahilində tapılan müalicəvi amillərin toplusudur.
Tibbi göstərişlər
- Artritlər və poliartritlər (qeyri-vərəm mənşəli)
- Revmatoidli artrit (remissiya dövrü)
- Xroniki mialgiya
- Kontrakturalar
- Poliosteoartrozlar, deformasiya edici artrozlar
- Yayılmış osteoxondrozlar
- Ankilozlaşan spondiloartritlər
- İşalqik ağrılar, bel-omba radikuliti
- Podaqrik artrit – sidik turşulu diatez
Tibbi əks-göstərişlər
- Kəskin fazada olan bütün xəstəliklər
- Bədxassəli şişlər
- Vərəm xəstəliyi (aktiv formada)
- Kaxeksiya
- Zöhrəvi xəstəliklər
- Kəskin irinli və iltihabi xəstəliklər
- Tez-tez təkrarlanan profuz qanaxmalar
- Ruhi xəstəliklər (kəskinləşmə dövründə)
- Şəkərli diabet (ağır formada)
- Ürək-qan dövranı xəstəlikləri (II və III mərhələ)
- Anevrizmalar
- Qan xəstəlikləri (kəskinləşmə dövründə)
- Hipertoniya xəstəliyi (III mərhələdə)
Sanatoriya növbəti imkanlara malikdir:
- Müalicə-diaqnostik kabinetlər və laboratoriyalar
- Balneoloji müalicəxana (təbii mineral su təchizatı ilə)
- Elektroişıq müalicəsi
- Mastika yaxmaları
- Naftalan terapiyası
- Palçıqla müalicə
- Masaj
- Müalicəvi bədən tərbiyəsi
- İqlim terapiyası
Müalicə nəticələri təcrübəli mütəxəssislər tərəfindən müşahidə olunur.
Sağlamlığı bərpa etmək və həyat keyfiyyətini yüksəltmək üçün burada hər cür şərait yaradılıb.
Mərkəzdə 90 nəfərlik iki dördmərtəbəli yataq korpusu var. Müalicə korpusunun birinci mərtəbəsində yeməkxana zalı, ikinci mərtəbəsində müalicə və müayinə kabinetləri, masaj otaqları yerləşir. Qapalı hovuz da müalicə olunanların istifadəsindədir.
Müalicə korpusunda 130-dan çox növdə ümumilikdə 500 müalicə prosedurunu gün ərzində həyata keçirmək mümkündür.
Burada geniş çeşidli prosedurlar təklif olunur:
• Mineral su vannaları, sualtı duş-masajlar və müasir SPA kapsulaları
• Müalicəvi masaj, idman və fitness
• Hirudoterapiya (zəli ilə müalicə), Naftalan aplikasiyaları, müalicəvi palçıq və parafin terapiyası
Texnoloji yanaşmalar:
• Elektroterapiya, maqnitoterapiya, ultrasəs müayinəsi, darsanval terapiya
• Akupunktura, lazer terapiyası, ozonoterapiya, zərbə dalğa terapiyası
Holistik sağlamlıq proqramları:
• Əməliyyatdan sonrakı reabilitasiya və xroniki vəziyyətlərin müalicəsi
• Qadın və reproduktiv sağlamlıq üzrə kompleks yanaşmalar
• Stress azaldılması və detoks üçün xüsusi proqramlar
“Buzovna” Fizioterapiya Mərkəzi holistik yanaşma, müasir avadanlıq və fərdi proqramları ilə əlverişli istirahət imkanı təqdim edir. Dənizin sakitləşdirici təsiri, geniş müalicə prosedurlarına və rahat istirahətə yolunuz bizdən keçir.